İsrail hava qüvvələri Tehranda strateji obyektləri vurur: SEPAH hərbçiləri öldürülüb - IDF
14:51 Dünyaİsrail hərbi hava qüvvələri Tehranda İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) və İranın Daxili təhlükəsizlik qüvvələrinə aid qərargahlar və digər obyektlərə hava zərbələri endirib.
Olaylar.az xəbər verir ki, bu haqda İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
Zərbələr nəticəsində SEPAH-a aid çox sayda hərbçilərin zərərsizləşdirildiyi bildirilir.
"Həmin qüvvələr müxtəlif korpus və komandalardan ibarətdir və İran rejiminin ordusu adından ölkənin müdafiəsi, təhdidlərin qarşısının alınması və rejimin sabitliyinin qorunmasına cavabdehdir", - deyə IDF bəyanatında deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31