Kreml ABŞ-nin İrana zərbələrini pisləyib – ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ-nin İrandakı nüvə obyektlərinə endirdiyi zərbələrə münasibət bildirən Kremlin sözçüsü Dmitri Peskov bəyan edib ki, Rusiya bu hücumları qəti şəkildə pisləyir və baş verənlərdən dərin təəssüf hissi keçirir. O, bu addımın münaqişəyə daha çox tərəfin cəlb olunmasına səbəb olduğunu vurğulayıb.

Peskov qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin hücumdan əvvəl ABŞ lideri Donald Tramp tərəfindən ətraflı şəkildə məlumatlandırılmayıb. Onun sözlərinə görə, hücumdan sonra nüvə obyektlərində nə baş verdiyi hələ tam məlum deyil və radiasiya təhlükəsinin olub-olmaması ciddi narahatlıq doğurur. O, MAQATE-nin ilkin olaraq radiasiya izinə rast gəlinmədiyi haqda məlumat verdiyini də əlavə edib.

Kreml nümayəndəsi bildirib ki, Rusiyanın İrana dəstəyi Tehranın ehtiyaclarından asılı olacaq və Moskva bu məsələdə mövqeyini açıq şəkildə ifadə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31