İranın XİN rəhbəri: “Yaxın Şərqdə gərginlik ABŞ və İsrailin təcavüzü səbəbilə artır”- ÖZƏL
14:26 Dünyaİranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Yaxın Şərqdə eskalasiya səviyyəsi hər keçən gün artır. Onun sözlərinə görə, bu vəziyyətə səbəb ABŞ və İsrailin İranın nüvə obyektlərinə hücum qərarıdır.
Olaylar.az xəbər verir ki, Əraqçi bu fikirləri Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı səsləndirib.
"Eskalasiya səviyyəsi hər gün artır. Bu isə yalnız İsrailin deyil, həm də amerikalıların bizim [nüvə] obyektlərə hücum etmək qərarı ilə bağlıdır", - deyə İranın baş diplomatı vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31