Peskov: Tramp Putinə İrana zərbə endirmək niyyətindən məlumat verməyib- ÖZƏL
13:43 DünyaRusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp son danışıqlarında dəfələrlə İsrail-İran qarşıdurmasını müzakirə etsələr də, ABŞ lideri Rusiya prezidentini İran İslam Respublikasına hərbi zərbə endirmək planları barədə məlumatlandırmayıb. Olaylar.az xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirib.
"Bu barədə heç bir ətraflı məlumat verilməyib," - deyə Kremlin nümayəndəsi jurnalistlərin sualını cavablandırarkən qeyd edib. Peskovun sözlərinə görə, İran mövzusu prezidentlər arasında bir neçə dəfə müzakirə olunub və Rusiya tərəfindən müəyyən təkliflər irəli sürülüb. Lakin Trampın İrana qarşı konkret niyyətləri ilə bağlı detallı bilgi paylaşılmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31