Aİ Hörmüz boğazının bağlanmasından narahatdır – ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Kaya Kallas Aİ xarici işlər nazirlərinin görüşü öncəsi jurnalistlərə bildirib ki, İranın Hörmüz boğazını bağlaması böyük təhlükə yaradacaq. Onun sözlərinə görə, nazirlər münaqişənin diplomatik yolla həllinə diqqət yetirir və bölgədə müharibənin genişlənməsi ehtimalından narahatdırlar.

Kallas, həmçinin İranın nüvə proqramını bərpa etməməsi üçün yeni sanksiyaların mümkünlüyünü istisna etməyib. O, Aİ-nin İranla imzalanmış 2015-ci il JCPOA (Birgə Hərtərəfli Fəaliyyət Planı) çərçivəsində öhdəliklərini xatırladıb və qeyd edib ki, sanksiyaların bərpası İran iqtisadiyyatına mənfi təsir göstərəcək.

Qeyd edək ki, JCPOA razılaşması ABŞ tərəfindən 2018-ci ildə pozulmuşdu. Tramp administrasiyası razılaşmadan birtərəfli qaydada çıxmış, İsrail isə bu qərarı dəstəkləmişdi. Kallas çıxışında İsrail və ABŞ-nin roluna toxunmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31