İranın Rusiyadan istəyi var
13:34 Dünya"Rusiyanın Yaxın Şərqdəki böhranın həlli üçün aktiv addımlar atacağını gözləyirik".
Olaylar.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi deyib.
O bildirib ki, Moskva bu mühüm vəziyyətdə xüsusi mövqe tutur:
"Rusiya nüfuzlu qonşu kimi regionda baş verən hadisələrin əhəmiyyətini nəzərə alır. Tehran Moskva ilə strateji tərəfdaşlıq müqaviləsi bağlayan bir ölkə kimi onların həm çoxtərəfli, həm də regional səviyyədə fəal rol oynayacağına dair açıq gözləntilərə malikdir. Hazırkı təmaslar və səfərlər strateji əhəmiyyət kəsb edir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31