Suriyada partlayış: Ərdoğandan sərt reaksiya…

Suriyanın yenidən qeyri-sabitliyə sürüklənməsinə icazə verməyəcəyik.

Olaylar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb tayyib Ərdoğan deyib.

"Qonşu və qardaş Suriyanın proksi terror təşkilatları tərəfindən yenidən xaos və qeyri-sabitliyə sürüklənməsinə izn verməyəcəyik. Suriya xalqının və hökumətinin yanındayıq. Terrorla mübarizədə onlara dəstək verəcəyik"- Türkiyə prezidenti bəyan edib.

Qeyd edək ki, ötən gün Suriyanın paytaxtı Dəməşqdə kilsələrin birinə terror hücumu baş verib. Hadisə nəticəsində 20-dən çox insan həyatını itirib, onlarla xəsarət alan var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31