İran ordusunun baş komandanından ABŞ-a sərt xəbərdarlıq – “Bu dəfə də cavabımız qəti olacaq”

İran Silahlı Qüvvələrinin baş komandanı general Əmir Hatəmi ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələrə cavab olaraq "qətiyyətli reaksiya" göstərəcəklərini bəyan edib.

Olaylar.az xəbər verir ki, Hatəmi bu açıqlamanı İran İslam Respublikasının yüksək rütbəli hərbi zabitləri ilə keçirdiyi iclas zamanı səsləndirib.

"Amerikalılar hər dəfə cinayət törədəndə, onlar bizim qətiyyətli cavabımızla qarşılaşıblar. Bu dəfə də istisna olmayacaq," - deyə general bildirib.

General Hatəminin bu bəyanatı ABŞ-la İran arasında artan gərginlik fonunda səsləndirilib və regionda müharibə ehtimalının daha da gücləndiyi ehtimal olunur. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31