Trampdan Xamenei ilə bağlı növbəti açıqlama

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp İran İslam Respublikasında rejim dəyişikliyinin mümkünlüyünü istisna etməyib.

Olaylar.az xəbər verir ki, Tramp bunu "Truth" sosial şəbəkəsində yazıb.

"'Hakimiyyət dəyişikliyi' ifadəsi siyasi cəhətdən düzgün səslənməyə bilər. Lakin mövcud İran rejimi ölkəni əvvəlki gücünə qaytarmaq iqtidarında deyilsə, o halda bu sistem niyə dəyişməsin?" - deyə Tramp bildirib.

Qeyd edək ki, bir qədər əvvəl ABŞ və İsrailin Xameneiyə sui-qəsd nəticəsində İrandakı mövcud rejimi dəyişmək planı olduğu iddia edilsə də, bu, təkzib olunmuşdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31