ABŞ-la bağlı qorxunc ssenari: Xameneinin qərarı gözlənilir

"İran ABŞ-ın üç nüvə obyektinə hücumuna cavab olaraq ölkə daxilində terror hücumları təşkil edə bilər".

Olaylar.az xəbər verir ki, bu barədə "Nyu York Tayms" qəzeti yazıb.

"Ən çox ehtimal olunan variantlar arasında regionda ABŞ hərbçilərinə hücumlardır. Həmçinin Vaşinqtonun Yaxın Şərqdəki hərbi bazalarına da zərbələr endirilə bilər. İranın ali rəhbəri Əli Xamenei qisas almasa, o, rejimin sərt xətt tərəfdarlarının rəğbətini itirə bilər. Vaxt məlum olmasa da, İranın cavabı ehtimal olunur", - deyə nəşr qeyd edib.

Xatırladaq ki, iyunun 22-nə keçən gecə ABŞ hərbi hava qüvvələri İranın Fordo, Natanz və İsfahan da daxil olmaqla üç nüvə obyektinə hücum edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31