Laçında yeni inkişaf mərhələsi: Sülh və rifahın əsasları- ÖZƏL
17:07 DünyaDiplomatik korpusun 100-ə yaxın nümayəndəsi Laçına səfər edib. Qonaqlara Laçın Beynəlxalq Hava Limanı və oradakı şərait barədə ətraflı məlumat verilib.
Politoloq Turab Rzayev Olaylar.az-a açıqlamasında qeyd edib ki, əsas hədəf bu ərazilərin inkişafı etdiyini bütün dünyaya göstərməkdir:
"Düşünürəm, burada əsas hədəf Azərbaycan ərazisindəki boz zonaların ləğv olunduğunu və onun yerinə iqtisadi inkişafa, rifaha yönəldiyini göstərməkdir. Faktiki olaraq göstəririk ki, Laçın ərazisində, əvvəl təhlükəsizlik baxımından heç bir yol yox idi, həm də Laçın dəhlizinin açılması ilə bağlı problemlər var idi, amma, indi Azərbaycan öz ərazisindəki boz zonaların ləğvini təmin edib. Xarici nümayəndələrin oraya getməsi faktiki olaraq qəbul edirlər ki, Azərbaycanın boz zonaları artıq öz ərazisində aradan qaldırılır və öz inkişaf strategiyasını qurub. İkinci tərəfdən, burada Azərbaycanın arxitektura və infrastruktur tükənməsinin qarşısı alınır, yollar inşa edilir, şərait yaradılır. Onu göstərmək lazımdır ki, biz bu ərazini inkişaf etdirmişik və həqiqətən də müharibədən sonra ərazidə rifah var. Münaqişə olana qədər burada inkişaf mümkün deyildi. Tarixi yollar çəkilib, müəssisələr qurulub, yaşayış yerləri salınıb. Bu həm də göstərir ki, bölgənin inkişafı Azərbaycanın ümumi inkişafına töhfə verəcək. Yeni dövrdə Ermənistanın inkişafı, Azərbaycanın Ermənistanla münasibətlərinin inkişafı həm də sülhün təmin olunmasına xidmət edir. Yəni, sülh olmalıdır ki, inkişaf yenidən baş tutsun".
Zeynəb Mustafazadə