Lukaşenko ABŞ prezidentinin xüsusi nümayəndəsinə Belarusda tam təhlükəsizlik vəd edib- ÖZƏL

Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kellogu ölkəyə səfəri zamanı tam təhlükəsizliyin təmin ediləcəyini və ətrafda heç bir eskalasiya olmayacağını vəd edib.
Olaylar.az xəbər verir ki, görüş zamanı Kit Kellog prezident Lukaşenkoya qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O qeyd edib ki, hazırda çox təhlükəli dövrdə yaşayırıq və qarşılaşdığımız böhranlar ağıllı və ədalətli yanaşılmasa, sürətlə genişlənə və gərginlik yarada bilər.
Lukaşenko isə cavabında bildirib: "Cənab general, sizə söz verirəm ki, Belarus ərazisində tam təhlükəsizlik təmin olunacaq və bu müddət ərzində həm Belarusda, həm də onun ətrafında heç bir eskalasiya baş verməyəcək."
Bu açıqlama Belarusun rəsmi xəbər agentliyi BelTA tərəfindən yayımlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31