İran: ABŞ hücuma qoşularsa, cavab verəcəyik – ÖZƏL

Olaylar.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi NBC News-a verdiyi müsahibədə bildirib ki, əgər prezident Donald Trampın rəhbərliyində ABŞ İrana hərbi zərbə endirmək qərarına gələrsə, Tehran özünü müdafiə etmək hüququnu saxlayır və İsrailə qarşı etdiyi kimi cavab verəcək.

"Əgər müharibə gedirsə, tərəflər bir-birinə hücum edir, bu normaldır. Özünümüdafiə isə hər bir ölkənin qanuni haqqıdır," - deyə Əraqçi vurğulayıb.

O əlavə edib ki, "əgər ABŞ bu hücumlarda İsrailə qoşularsa, biz də eyni cavabı verəcəyik."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31