Angela Merkel: "İsrail özünü müdafiə etmək hüququna malikdir"- ÖZƏL
21 İyun 12:52 DünyaAlmaniyanın keçmiş kansleri Angela Merkel İsrailin özünü müdafiə etmək hüququnu dəstəkləyərək bildirib ki, yəhudi dövləti özünü qorumaq imkanına sahib olmalıdır.
Olaylar.az xəbər verir ki, "Əgər kiməsə İsrail dövlətini məhv etmək istədiyini açıq şəkildə deməyə icazə verilirsə, İsrailin buna qarşı özünü müdafiə etmək hüququ olmalıdır", - deyə Merkel "Neue Osnabrücker Zeitung" qəzetinə verdiyi müsahibədə bildirib.
Son zamanlar İsrailin fəaliyyətlərinin beynəlxalq hüquqa uyğunluğu ilə bağlı səslənən şübhələr fonunda Almaniyanın keçmiş kansleri qeyd edib ki, "İsrailin beynəlxalq hüququ pozduğu fikri ilə tam razı deyil".
"Bir ölkənin varlığı HƏMAS və ya İran tərəfindən sual altına alınırsa, bu suala beynəlxalq hüquq baxımından cavab vermək o qədər də asan deyil", - deyə Merkel fikrini yekunlaşdırıb.
Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb. Təxminən bir sutka sonra İran cavab zərbələri endirib. Sonrakı günlərdə tərəflər qarşılıqlı hücumlarını davam etdiriblər. Hər iki ölkə bu hücumlar nəticəsində ölən və yaralananlar barədə məlumat yayıb, bir sıra obyektlərin vurulduğunu etiraf ediblər. Vurğulanır ki, qarşılıqlı zərbələr davam edir.