Venesuela: Yaxın Şərqdəki gərginlik qlobal enerji bazarına mənfi təsir edəcək- ÖZƏL

Venesuela Yaxın Şərqdə, xüsusilə İran və İsrail arasında artan gərginliyin qlobal enerji bazarına mənfi təsir göstərəcəyini bəyan edib.
Olaylar.az xəbər verir ki, bu barədə Venesuela İcraçı vitse-prezidenti Delsi Rodriges Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirilən enerji panelində çıxışı zamanı bildirib. O, qeyd edib ki, Yaxın Şərqdəki münaqişə enerji təhlükəsizliyi üçün ciddi təhlükə yaradır:
"Bu gün OPEK və OPEK+ mexanizminin üzvü olan bir ölkə İsrail tərəfindən qanunsuz təcavüzə məruz qalıb. Şübhəsiz ki, bu hadisə enerji təhlükəsizliyinə və qlobal enerji bazarına mənfi təsir göstərəcək", - deyə Rodriges vurğulayıb.
O, həmçinin qeyd edib ki, enerji bazarındakı sabitliyin pozulması dünya iqtisadiyyatına da zərər verə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31