Medvedev: Yaxın Şərqdəki münaqişə qlobal miqyas alarsa, bu, təhlükəlidir- ÖZƏL
21 İyun 2025 11:46 DünyaRusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev İsrail və İran arasında baş verən münaqişənin qlobal müharibəyə çevrilə biləcəyindən narahat olduğunu bildirib. Olaylar.az xəbər verir ki, siyasətçi bu barədə özünün Telegram kanalında yazıb.
Medvedev qeyd edib ki, bu münaqişə Rusiyaya zərər vurmur:
"Necə səslənsə də, bu dava-dalaş bizim işlərimizə, görünən odur ki, zərər yetirmir. ABŞ-də əhalinin böyük hissəsi Ukraynanın harada yerləşdiyini belə bilmir. Prezident Donald Trampın komandası isə yad münaqişəyə pul xərcləmək istəmir. Amma bu dəfə məsələ başqadır - söhbət doğma İsraildən gedir. İndi qoy sevimli layihələri ilə özləri məşğul olsunlar."
Medvedev əlavə edib ki, hazırda ən böyük təhlükə Yaxın Şərqdəki qarşıdurmanın qlobal qarşıdurmaya çevrilməsidir:
"Bu, o qədər aydındır ki, Tramp özü də bunu dəfələrlə deyib."