Putin: İranın sülh məqsədli nüvə texnologiyalarından istifadə hüququ var- ÖZƏL

Rusiya Prezidenti Vladimir Putin İranın nüvə texnologiyalarından sülh məqsədilə istifadə etmək hüququnun olduğunu bildirib. Olaylar.az xəbər verir ki,  bu barədə o, "Sky News Arabia" telekanalına verdiyi müsahibəsində danışıb.
"İranın sülh məqsədli nüvə texnologiyalarından istifadə və mülki nüvə proqramını inkişaf etdirmək hüququ var," - deyə Rusiya lideri vurğulayıb. O əlavə edib ki, Rusiya əvvəlki illərdə olduğu kimi, İranın dinc nüvə sahəsində inkişafına lazım olan yardım və dəstəyi göstərməyə hazırdır.
Putinin bu açıqlaması regionda nüvə məsələlərinin yenidən gündəmə gəldiyi bir vaxtda beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31