Abbas Araqçi Putinlə görüşəcək
21 İyun 10:11 Dünya"İsrailin Vaşinqton rəsmiləri ilə planlaşdırılan danışıqlardan bir neçə gün əvvəl ölkəyə hava zərbəsi endirməsindən sonra İran diplomatik danışıqlarda ABŞ-a etibar edə bilmir".
Olaylar.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçı deyib.
O, iyunun 23-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırdığını bildirib.
"Artıq onlara necə güvənə biləcəyimizi bilmirik. Onların etdikləri əslində diplomatiyaya xəyanət idi", - Araqçi qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31