HƏMAS-ı silahlandıran SEPAH komandiri evində öldürüldü - Video
10:08 DünyaOktyabrın 7-də törədilən qırğına hazırlıq zamanı HƏMAS-ı maliyyələşdirən və silahlandıran SEPAH-ın Qüds Qüvvələrinin Fələstin Korpusunun komandiri Məhəmməd Səid İzadi Qum şəhərindəki mənzilində qətlə yetirilib.
Olaylar.az xəbər verir ki, bu barədə İsrail müdafiə naziri İsrail Katz məlumat verib.
"Bu, İsrail kəşfiyyatı və Hərbi Hava Qüvvələri üçün böyük nailiyyətdir. İsrailin uzun qolu bütün düşmənlərinə çatacaq", - nazir əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31