İstanbulda Ərdoğanla Paşinyanın görüşü olub

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyədə səfərdədir.

Olaylar.az xəbər verir ki, Prezident Ərdoğan ölkəsində səfərdə olan Nikol Paşinyanı Türkiyə Prezidenti Administrasiyasının İstanbuldakı Dolmabahçe İş Ofisində qəbul edib.

Qeyd edək ki, Türkiyə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən sonra, 1993-cü ildən etibarən bu ölkə ilə diplomatik əlaqələrini kəsib. Bu, uzun illərdən sonra Ermənistandan Türkiyəyə baş nazir səviyyəsində edilən ilk rəsmi səfərdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31