Araqçi Cenevrədə Avropalı diplomatlarla danışıqlar aparır
18:02 Dünyaİsraillə İran arasında eksalasiyanın davam etməsi fonunda İranın xarici işlər naziri Abbas Araqçi Cenevrədə Avropanın yüksək vəzifəli diplomatları, o cümlədən, Aİ xarici siyasət üzrə ali diplomatı Kaya Kallasla danışıqlar aparır.
Bu barədə Olaylar "Associated Press"ə istinadən xəbər verir.
Xarici işlər naziri Abbas Araqçi İsveçrənin adıçəkilən şəhərində yerləşən hotellərdən birinə gələrək, Fransa, Almaniya, Birləşmiş Krallıq və Avropa İttifaqının xarici siyasət rəhbəri ilə görüşə qatılıb. Bu, münaqişə başladıqdan sonra Qərb və İran rəsmiləri arasında baş tutan ilk üzbəüz görüşdür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31