Makron: İsrailin İranın infrastrukturlarına hücumu əsaslandırıla bilməz – ÖZƏL
16:50 DünyaOlaylar.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron İsrailin İranın enerji və mülki infrastrukturuna endirdiyi zərbələri pisləyib və bu hücumların heç bir əsasının olmadığını bildirib.
"İsrailin İranın enerji və mülki infrastrukturlarına hücumlarını heç nə ilə əsaslandırmaq olmaz. Bu - birinci məsələdir. İkincisi isə, biz danışıqlar yolunu seçməliyik. Bu danışıqlar nüvə silahı, ballistik imkanlar, İranın silah ehtiyatlarının azaldılması və regionu sabitsizləşdirən qruplaşmaların maliyyələşdirilməsinin dayandırılmasını əhatə etməlidir," - deyə Makron "Le Burje" aviasalonu çərçivəsində jurnalistlərə bildirib.
Elysee Sarayının X platformasındakı rəsmi hesabında yayımlanan çıxışında Makron eyni zamanda İranın nüvə proqramının hələ də təhlükə olaraq qaldığını vurğulayıb.