Almaniyadan Baltik dənizi ilə bağlı hərbi toqquşma xəbərdarlığı – ÖZƏL

Almaniyanın xarici işlər naziri Yohan Vadeful Baltik dənizi regionunda silahlı qarşıdurma təhlükəsinin real olduğunu bildirib. 

Olaylar.az xəbər verir ki, bu barədə o, Almaniyanın Kil şəhərində keçirilən təhlükəsizlik konfransında çıxışı zamanı DPA agentliyinə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, Baltik dənizi bölgəsi Avropanın təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən NATO-nun həmin ərazidə hərbi mövcudiyyətini artırması zəruridir.

Vadeful həmçinin Almaniyanın müdafiə xərclərini ÜDM-in 5 faizinə qədər artırmaq öhdəliyini bir daha təsdiqləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31