Rusiya ABŞ ilə görüş üçün yeni tarix gözləyir – ÖZƏL
15:22 DünyaRusiya yaxın vaxtlarda ABŞ ilə münasibətlərin normallaşdırılması üzrə təxirə salınmış görüş üçün yeni tarixlərin razılaşdırılacağına ümid edir.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı açıqlama verib.
Peskov xatırladıb ki, Rusiya və ABŞ diplomatlarının növbəti danışıqlar raundu planlaşdırılmışdı, lakin ABŞ tərəfi bu görüşü ləğv edib. "Ümid edirik ki, yaxın perspektivdə bu görüş üçün yeni tarixlərin razılaşdırılmasına nail olunacaq, çünki belə bir görüşə ehtiyac var", - deyə Kremlin nümayəndəsi bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31