Rusiya XİN: İran və İsrail arasında gərginliyin azaldılmasına BMT Təhlükəsizlik Şurası cavabdehdir- ÖZƏL

Olaylar.az xəbər verir ki,  Rusiya Federasiyası prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib ki, İran və İsrail arasında gərginliyin azaldılması istiqamətində məsuliyyəti BMT Təhlükəsizlik Şurası daşımalıdır.
"Bu, doğrudan da Təhlükəsizlik Şurasının məsuliyyətidir. BMT-nin Baş katibi ilə bu istiqamətdə danışıqlar aparılır. Nyu-Yorkdakı nümayəndəliklərimiz bütün tərəflərlə fəal şəkildə işləyir. Lakin bunun üçün ilk növbədə İsrail və ABŞ tərəfindən siyasi iradə tələb olunur", - deyə Boqdanov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPİEF) çərçivəsində çıxışı zamanı vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31