İran: “Heç vaxt nüvə silahı əldə etməyə çalışmamışıq və çalışmayacağıq”- ÖZƏL

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin müavini Səid Xətibzadə ölkəsinin nüvə silahı əldə etmək niyyətində olmadığını bir daha bəyan edib.
Olaylar.az xəbər verir ki,  "İran heç vaxt atom bombası əldə etməyə çalışmayıb və gələcəkdə də buna cəhd etməyəcək", - deyə Xətibzadənin sözlərini İranın ISNA agentliyi yayıb.
Diplomat bildirib ki, İranın nüvə proqramı tamamilə dinc məqsədlərə xidmət edir və beynəlxalq hüquqa uyğundur. Onun sözlərinə görə, Tehran bu mövzuda şəffaflıq nümayiş etdirməyə və dialoqa açıq qalmağa davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31