İsrail İrana qarşı uzunmüddətli əməliyyata hazır olduğunu bəyan etdi- ÖZƏL

İsrail Silahlı Qüvvələri İslam Respublikasından gələn nüvə və raket təhlükəsini aradan qaldırmaq məqsədilə uzunmüddətli hərbi əməliyyata hazırdır. Olaylar.az xəbər verir ki,  bu barədə İsrail ordusunun rəsmi nümayəndəsi, briqada generalı Efi Defrin brifinq zamanı açıqlama verib.
"İranda bizim əlavə hədəflərimiz var. Hücum plan üzrə inkişaf edir və biz əməliyyatın uzun müddət davam etməsinə hazırıq - ta ki, [İslam Respublikasından gələn] təhdid tamamilə aradan qalxana qədər," - deyə general bildirib.
O, əlavə edib ki, İsrailin əsas hədəfi İranın nüvə proqramını və raket imkanlarını tam şəkildə sıradan çıxarmaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31