Ermənistan EAEİ-dən çıxışı qiymətləndirir – ÖZƏL

Ermənistan yalnız risklərin və nəticələrin hərtərəfli təhlilindən sonra Avrasiya İqtisadi İttifaqından (EAEİ) çıxmaq və digər inteqrasiya birliklərinə qoşulmaq imkanlarını nəzərdən keçirə bilər. 

Olaylar.az xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin müavini Mger Qriqoryan Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda "Sputnik Ermənistan"a müsahibəsində bildirib.

O qeyd edib ki, bu, bir dəfəlik deyil, uzunmüddətli və kompleks qərardır və yalnız real proses başladıqdan sonra qiymətləndirmə aparıla bilər. Qriqoryan bildirib ki, Aİ-yə üzvlüyün EAEİ-dən çıxışın iqtisadi itkilərini kompensasiya edib-etməyəcəyini söyləmək hələ tezdir.

Xatırladaq ki, Ermənistan parlamenti 26 mart 2025-ci ildə ölkənin Aİ-yə üzvlük niyyətini ifadə edən qanun layihəsini qəbul edib. Bu isə Rusiya tərəfinin narazılığına səbəb olub. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bildirib ki, Ermənistan EAEİ-dən konkret faydalar əldə edir, Aİ isə yalnız vədlərlə kifayətlənir.

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk isə bu qərarı EAEİ-dən çıxışın başlanğıcı kimi dəyərləndirib və Ermənistanın yolunu "Titanik" bileti almaqla müqayisə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31