İranda “Mossad”la əlaqədə şübhəli bilinən 30 nəfər saxlanılıb- ÖZƏL

İranın Həmədan vilayətində hüquq-mühafizə orqanları iyunun 13-dən etibarən 30 nəfəri saxlayıb. Vilayət polis idarəsinin rəisi Cəlal Cəfərinin verdiyi məlumata görə, saxlanılan şəxslər İsrailin kəşfiyyat xidməti "Mossad"la əlaqədə şübhəli bilinir.
Olaylar.az xəbər verir ki,  "Təxminən bir həftə ərzində sionist rejimi  dəstəkləməkdə və 'Mossad'la əlaqədə olmaqda şübhəli bilinən 30 nəfər saxlanılıb", - deyə o, "Tasnim" agentliyinə bildirib.
Cəfəri əlavə edib ki, azı 14 nəfər sosial şəbəkələrdə paylaşımlar edərək ictimai narahatlıq yaratmağa cəhd edib, digərləri isə hərbi obyektlərin yaxınlığında şübhəli davranışlar sərgiləyib və ya yanğınlar törədiblər.
Qeyd edək ki, İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb. Az sonra İran cavab hücumu həyata keçirib. Sonrakı günlərdə tərəflər arasında qarşılıqlı zərbələr davam edib. Hər iki tərəf hücumlar nəticəsində ölən və yaralananların olduğunu, bir sıra obyektlərin zədələndiyini təsdiqləyib. Qarşılıqlı hücumlar hələ də davam edir. Rusiya İsrailin hərəkətlərini pisləyib və münaqişənin nizamlanması üçün vasitəçilik etməyə hazır olduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31