İsrail-İran müharibəsi: İsrailə gündəlik 200 milyon dollara başa gəlir – ÖZƏL

Olaylar.az xəbər verir ki, The Wall Street Journal qəzetinin məlumatına görə, İranla silahlı qarşıdurma İsrailə gündə yüz milyonlarla dollara başa gəlir ki, bu da yəhudi dövlətinin uzunmüddətli hərbi əməliyyat aparmaq qabiliyyətini ciddi şəkildə məhdudlaşdıra bilər.

Mənbənin məlumatına əsasən, İsrailin yalnız hava hücumundan müdafiə sistemi üçün gündəlik xərcləri 200 milyon dollara qədər yüksəlir. Hücumlar və raketlərin dəf olunması üçün istifadə olunan sursat və hərbi təyyarələr isə ümumi xərcləri daha da artırır.

WSJ qeyd edir ki, artan hərbi xərclər İsraili münaqişəni bitirməyə sövq edə bilər. Təkcə dağıdılmış binaların bərpası ən azı 400 milyon dollara başa gələ bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31