Zaxarova: İsrailin İranın nüvə obyektlərinə zərbələri beynəlxalq ictimaiyyət üçün kabusdur- ÖZƏL
20 İyun 2025 11:33 DünyaRusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İsrailin İranın nüvə obyektlərinə endirdiyi zərbələri "beynəlxalq ictimaiyyət üçün kabus" adlandırıb. Olaylar.az xəbər verir ki, o, bu barədə britaniyalı "Sky News" telekanalına açıqlamasında bildirib.
"Mən baş verənlərdən, nüvə obyektlərinə endirilən bu zərbələrdən çox narahatam. Düşünürəm ki, bu, bütün beynəlxalq ictimaiyyət üçün kabusdur. Təəccüblənirəm ki, beynəlxalq ictimaiyyət bu məsələyə diqqət yetirmir," - deyə Zaxarova vurğulayıb.
Zaxarova həmçinin Qərb mediasını tənqid edərək, onları Yaxın Şərqdəki "sürətlə dəyişən" vəziyyətə diqqət yetirməyə çağırıb: "Siz Ukraynaya, Zelenskiyə və Kiyev rejiminə diqqət yetirirsiniz. Onu şəxsən birinci yerə qoyursunuz və bunu illərdir edirsiniz," - deyə diplomat əlavə edib.