Kreml Trampın Putinə dair fikirlərinə tolerant yanaşır – ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Sky News-a verdiyi müsahibədə bildirib ki, Rusiya ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinə ünvanladığı bəyanatlara qarşı tolerantlıq nümayiş etdirir.

"Prezident Trampın özünəməxsus danışıq tərzi və dili var. Biz bu məsələyə kifayət qədər tolerant yanaşırıq və gözləyirik ki, hamı bizə də eyni şəkildə yanaşsın", - deyə Peskov vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Tramp Rusiya Prezidenti ilə Yaxın Şərqdəki böhranın həllində vasitəçilik təklifini müzakirə etdiyini, lakin əvvəlcə Ukrayna məsələsinin həllinə diqqət yetirməyi məsləhət gördüyünü açıqlamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31