Pezeşkian xalqa müraciət etdi
19 İyun 2025 11:50 Dünyaİran Prezidenti Məsud Pezeşkian xalqa müraciət edib.
Olaylar.az xəbər verir ki, bu barədə o, X hesabında paylaşım edib.
"Əziz İran xalqı!
Bütün nazirliklərə və dövlət qurumlarına tapşırıq verilib ki, sizin səbrinizə və həmrəyliyinizə uyğun olaraq, bütün imkan və resursları ilə "İran naminə" heç bir xidmətdən çəkinməsinlər.
Allahın köməyi və xalqımızın birliyi sayəsində bu çətin və ağır günləri də geridə qoyacağıq", - paylaşımda deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31