"Netanyahu Hitleri üstələyib" - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxışı zamanı bəyan edib ki, İran İsrailin qeyri-qanuni və "dəli" hücumlarına, eləcə də onun "dövlət terrorizminə" qarşı özünü müdafiə edir və bu müdafiə təbii, hüquqi və legitimdir.

Olaylar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan əlavə edib ki, İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzada həyata keçirdiyi soyqırımlarla Adolf Hitleri belə geridə qoyub.

"İsrailin Baş naziri Netanyahu soyqırımı məsələsində artıq çoxdan Hitlerdən irəlidədir," - deyə Ərdoğan bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31