Britaniya İrana qarşı diplomatik həll yolunu dəstəkləyir- ÖZƏL
16:04 DünyaBöyük Britaniya hökuməti İranın nüvə proqramı ətrafında yaranmış vəziyyətin diplomatik yolla həllinin tərəfdarıdır. Olaylar.az xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Baş nazirinin müavini Anjela Reyner ölkə parlamentinin İcmalar Palatasında çıxışı zamanı bildirib.
"Biz Trampın İranın heç vaxt nüvə silahına sahib olmamalı olduğu fikri ilə razıyıq. Lakin biz daim İranı diplomatik prosesdə iştirak etməyə və ABŞ-lə əməkdaşlıq etməyə çağırmışıq. Biz bu diplomatik yanaşmanı dəstəkləməyə davam edirik," - deyə o, "Liberal Demokratlar" partiyasının lider müavini Deizi Kuperin sualını cavablandırarkən vurğulayıb. Kuper Böyük Britaniyanın, ABŞ İsrailin əməliyyatına qoşularsa, hərbi kampaniyada iştirak edib-etməyəcəyinə aydınlıq gətirilməsini istəmişdi.