İran Prezidenti Qətər Əmirinə məktub göndərib- ÖZƏL
15:01 DünyaQətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani İran İslam Respublikasının Prezidenti Məsud Pəzeşkiandan məktub alıb. Olaylar.az xəbər verir ki, bu barədə Qətərin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, məktubda iki ölkə arasında ikitərəfli münasibətlər və onların inkişaf yolları müzakirə olunub. Məktubun konkret məzmunu isə açıqlanmayıb.
Xatırladaq ki, ötən gün Qətər Nazirlər Kabinetinin müşaviri, Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bəyan etmişdi ki, Doha İran və İsraillə qarşılıqlı əlaqələri davam etdirərək onların arasında mövcud olan münaqişənin həlli üçün səylərini sürdürür. O bildirib ki, Qətər eyni zamanda Birləşmiş Ştatlar da daxil olmaqla tərəfdaşları ilə böhranın həlli istiqamətində iş aparır.