İran Trampın təslim ol çağırışına CAVAB VERDİ
14:20 DünyaTehran ABŞ prezidenti Donald Trampın irəli sürdüyü qeyd-şərtsiz təslim olma tələbini qəbul etməyəcək.
Olaylar.az xəbər verir ki, bu barədə İranın Fransadakı səfiri Məhəmməd Əmin Nejad "BFMTV" telekanalının efirində bəyan edib.
"Bu, İsrailin baş naziri Benyamin Netanyahunun da arzusudur... Lakin bu, əsla reallaşan məsələ deyil", - deyə diplomat bildirib.
Səfirin sözlərinə görə, İran xalqı xarici təcavüz qarşısında "birlik nümayiş etdirir". O əlavə edib ki, Tehranın müdafiə qabiliyyəti hərbi obyektlərə edilən zərbələrlə zəifləməyəcək.
Xatırladaq ki, iyunun 17-də ABŞ prezidenti İran rəhbərliyindən qeyd-şərtsiz şəkildə təslim olmağı tələb edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31