Almaniya Ukraynadakı səfirini yeni kəşfiyyat rəhbəri təyin edir- ÖZƏL
13:57 DünyaAlmaniya Nazirlər Kabineti Ukraynadakı hazırkı səfir Mardin Egeri Almaniyanın Xarici Kəşfiyyat Xidməti - BND-nin yeni rəhbəri təyin etmək qərarına gəlib. Olaylar.az xəbər verir ki, bu barədə DPA agentliyi hökumət mənbələrinə istinadən məlumat yayıb.
60 yaşlı Martin Eger Almaniyada ən təcrübəli böhran diplomatlarından biri hesab olunur. O, əvvəllər Maliyyə Nazirliyi və Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, həmçinin Prezident Frank-Valter Ştaynmayerin yanında xarici siyasət üzrə nümayəndə kimi fəaliyyət göstərib. Eger Almaniyanın Əfqanıstan və İraqdakı səfiri olub, 2023-cü ilin iyul ayından isə Ukraynadakı Almaniya səfirliyinə rəhbərlik edir.
Hazırkı BND rəhbəri Bruno Kal isə Almaniyanın Vatikan səfiri vəzifəsinə təyin ediləcək. Kal 2016-cı ildən bəri bu vəzifədə çalışır. Onun rəhbərliyi dövründə BND bəzi hallarda kəskin tənqidlərə məruz qalıb - xüsusilə Əfqanıstanda "Taliban"ın hakimiyyətə gələcəyini və Rusiyanın Ukraynaya qarşı xüsusi hərbi əməliyyata başlamasını düzgün qiymətləndirə bilmədiyinə görə.
Der Spiegel jurnalının məlumatına görə, Egerin rəhbərliyi dövründə BND-nin maliyyə imkanlarının genişləndirilməsi və fəaliyyətində daha çox çeviklik qazanması gözlənilir. Hökumət bu istiqamətdə ciddi dəyişikliklərə hazırlaşır. Qeyd olunur ki, Almaniyada hakimiyyət dəyişikliyindən sonra BND-də kadr islahatları gündəmə gəlib. Məsələn, xidmət rəhbərinin müavini Filip Volf artıq kanslerin aparatına keçib.