“Tramp gəlmirsə, mən də yoxam!” – Zelenskidən açıq şərt
13:17 Dünya"Ukrayna Prezidenti Volodimir Zelenski gələn həftə NATO-nun Haaqa keçiriləcək sammitinə getməkdən imtina edə bilər"
Olaylar.az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti anonim ukraynalı rəsmilərə istinadən yazıb.
Məlumata görə, Ukrayna lideri ABŞ Prezidenti Donald Trampın tədbirdə iştirak edəcəyinə dair zəmanət istəyir:
"Kiyev yenidən Trampın diqqətsizliyinin qurbanı olmaqdan ehtiyat edir. G7 sammitində Ağ Ev rəhbərinin qəfil gedişi Zelenskini məyus edib. Bu, ukraynalı diplomatları da əsəbiləşdirib".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31