İran: “Atom obyektlərimiz normal rejimdə fəaliyyət göstərir” – ÖZƏL
13:12 Dünyaİsrailin hücumlarına baxmayaraq, İranın nüvə obyektləri adi rejimdə işləməyə davam edir.
Olaylar.az xəbər verir ki, bu barədə İranın vitse-prezidenti, Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami məlumat verib.
"Atom obyektlərində vəziyyət yaxşıdır. Oradakı əməkdaşlarımız yüksək əhval-ruhiyyə ilə fədakarlıqla işləyirlər", - deyə Eslaminin sözlərini Fars agentliyi sitat gətirib.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail İranın gizli hərbi nüvə proqramı apardığını əsas gətirərək, genişmiqyaslı hərbi əməliyyata başlayıb. Hücumlar zamanı atom obyektləri, hərbi bazalar, nüvə fizikləri, PVO sistemləri və raket kompleksləri hədəf alınıb.
İran isə iddiaları rədd edir və raket zərbələri, pilotsuz aparatlarla cavab verir. Hər iki tərəfin hücumları nəticəsində yaşayış yerlərinə də zərbələr endirilib, mülki itkilər artmaqdadır.