Kanada və Hindistan münasibətləri normallaşdırmaq üçün ilk addımı atdı- ÖZƏL

Kanadanın Baş naziri Mark Karni ilə Hindistanın Baş naziri Narendra Modi İtaliyada keçirilən G7 sammiti çərçivəsində görüş keçiriblər. Görüş zamanı liderlər iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesinə başlamaq barədə razılığa gəliblər. Olaylar.az xəbər verir ki,  bu barədə məlumatı Kanadanın Baş nazirinin mətbuat xidməti yayıb.
Məlumatda bildirilir ki, Karni və Modi Kanada-Hindistan münasibətlərinin qarşılıqlı hörmət, qanunun aliliyi və suverenlik, ərazi bütövlüyü prinsiplərinə sadiqlik əsasında inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
Bununla bağlı olaraq tərəflər Ottava və Yeni Dehliyə yeni səfirlərin təyin olunması barədə razılığa gəliblər. Eyni zamanda, texnologiya, rəqəmsal transformasiya, ərzaq təhlükəsizliyi və faydalı qazıntıların hasilatı sahələrində əməkdaşlığın dərinləşdirilməsi imkanları müzakirə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31