Paşinyan Ankaraya səfər edəcək – Ərdoğanla görüş planlaşdırılır – ÖZƏL
13:04 DünyaOlaylar.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan rəsmi olaraq təsdiqləyib ki, o, Türkiyəyə səfər edəcək və burada ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Ermənistan parlamentinin sədri Alen Simonyan iyunun 17-də bildirib ki, hökumət başçısı Nikol Paşinyan iyunun 20-də Türkiyəyə səfər edəcək və ölkə rəhbərliyi ilə danışıqlar aparacaq.
Paşinyan brifinq zamanı qeyd edib: "Səfərin gündəliyinə dair ictimaiyyət üçün birgə bəyanat planlaşdırılır. Mövcud razılaşmalara əsasən, bəyanatın detalları öncədən açıqlana bilməz."
Bundan əvvəl 24News agentliyi diplomatik mənbəyə istinadən xəbər vermişdi ki, Paşinyan iyunun 20-də Ankaraya gedəcək. Görüş zamanı Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin müzakirə olunacağı gözlənilir.