MOSSAD casusları İranda ən çox bu vəzifədə çalışıb
12:39 DünyaMOSSAD casusları son üç ildir İranda əsasən yük avtomobili sürücüsü kimi çalışıblar.
Olaylar.az xəbər verir ki, bu barədə İran Yük Maşınları Assosiasiyasının bəyanatənda qeyd olunur.
Məlumata görə, digər sürücülər casusların kimliyini bilmədən və şübhələnmədən onlarla ünsiyyət olub, alış-veriş ediblər. Həmçinin yük maşını icarə şirkətləri də onları sadə vətəndaş zənn edərək avtomobil veriblər. Casuslar bu yolla ictimaiyyətin arasına sızıb və kamuflyaj olunublar.
Lakin bir neçə şəxs şübhələnib və təhlükəsizlik orqanlarına məlumat verib. Nəticədə MOSSAD-la əlaqələri 3 nəfər saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31