“Həmişəlik bağlanır” – Kallas Rusiya haqda qərarı elan etdi
10:59 DünyaAvropa İttifaqı (Aİ) 2027-ci ildən Rusiyaqazından həmişəlik imtina etmək niyyətindədir.
Olaylar.az xəbər verir ki, bunu təşkilatın xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas deyib.
"Avropa artıq öz asılılığını əhəmiyyətli dərəcədə azaldıb. İndi biz qaz kranını həmişəlik bağlayırıq. Rusiya artıq enerjidən bizə qarşı silah kimi istifadə edə bilməyəcək", - o, X sosial şəbəkəsində yazıb.
Qeyd edək ki, iyunun 17-də bununla bağlı təkliflər Avropa Komissiyasına təqdim edilib.
Aİ bu məqsədə çatmaq üçün sanksiyalardan çox, yeni qanunvericilikdən istifadə edə bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31