Çin İrana “görünməyən” Boeing təyyarələri göndərdi – Qərb şokda!

Olaylar.az xəbər verir ki, Böyük Britaniyanın nüfuzlu The Daily Telegraph nəşrinin yaydığı məlumata əsasən, Çin Xalq Respublikası son günlər ərzində İrana ən azı üç ədəd Boeing 747 tipli yük təyyarəsi göndərib. Qəzetin iddiasına görə, bu uçuşlar açıq şəkildə saxta marşrutla həyata keçirilib və onların əsl təyinat nöqtəsi gizlədilib.

Nəşr bildirir ki, təyyarələrin rəsmi uçuş planlarında Avropa, o cümlədən Lüksemburq hava limanları göstərilib. Lakin real marşrutlar Şimal-Şərqi Çindən başlayaraq Mərkəzi Asiya üzərindən İran istiqamətində dəyişdirilib. Təyyarələr Qazaxıstan, Özbəkistan və Türkmənistan üzərindən keçərək İran sərhədlərinə yaxınlaşdıqda qəfil radarlardan itib və daha sonra izlənə bilməyib.

Məlumatda qeyd olunur ki, bu uçuşlardan biri 14 iyun 2025-ci ildə - İsrailin İran ərazisindəki obyektlərə raket zərbələri endirməsindən cəmi bir gün sonra baş tutub. Bu isə ekspertlər tərəfindən təsadüf kimi qiymətləndirilməyib və ehtimal edilir ki, Çin bu yolla İrana fövqəladə dəstək göstərib.

Mütəxəssislər ehtimal edir ki, bu təyyarələrlə Tehrana silah, hərbi texnika və strateji əhəmiyyətli avadanlıqlar göndərilib. Hazırda nə Çin, nə də İran bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Geosiyasi müstəvidə bu hadisə daha böyük proseslərin tərkib hissəsi kimi dəyərləndirilir.
Bəzi ekspertlər bu əlaqələri İsrail - ABŞ ittifaqına qarşı "Qırmızı-Yaşıl İttifaq" adlandırır - yəni Çin Kommunist Partiyası ilə İran İslam Respublikasının ideoloji və geostrateji ittifaqı. Məhz bu birlik Qərbin maraqlarına qarşı yönəlmiş alternativ güc mərkəzi kimi təqdim olunur.

Hadisənin başqa bir önəmli tərəfi isə bu cür saxta marşrutlardan istifadənin beynəlxalq aviasiya qaydalarının pozulması və təhlükəsizlik riskləri yaratmasıdır. Bu, həm də regionda baş verən müharibədə Çinin daha aktiv şəkildə iştirak edə biləcəyinə işarədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31