Paşinyan MTX rəhbərini işdən çıxartdı

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan tutduğu vəzifədən azad edilib.

Olaylar.az-ın xəbərinə görə, müvafiq sərəncamı baş nazir Nikol Paşinyan imzalayıb.

Milli Təhlükəsizlik Xidmətinin direktorunun səlahiyyətləri müvəqqəti olaraq MTN direktorunun müavini Andranik Simonyana həvalə edilib.

Qeyd edək ki, Armen Abazyan 2020-ci il noyabrın 8-də MTN-in direktoru təyin edilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31