İran ordusundan İsrailə sərt xəbərdarlıq: “Hayfa və Təl-Əvivi dərhal boşaldın!”

Musavat.com xəbər verir ki, İran Silahlı Qüvvələrinin Baş Qərargahı İsrailə qarşı növbəti sərt açıqlama ilə çıxış edib.

"Siz Hayfa və Təl-Əvivi dərhal boşaltmalısınız, çünki tezliklə əsl müharibə başlayacaq", - deyə İran ordusunun yaydığı bəyanatda bildirilib.

Bu xəbərdarlıq bölgədə gərginliyin daha da artdığını göstərir. Ekspertlər yaxın günlərdə hərbi əməliyyatların daha da genişlənə biləcəyini istisna etmir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31