Tramp İranı qeyd-şərtsiz təslim olmağa çağırdı

ABŞ Prezidenti Donald Tramp İranı qeyd-şərtsiz təslim olmağa çağırıb.

Trend xəbər verir ki, Tramp bu haqda "Truth Social"da yazıb:

"Qeyd-şərtsiz təslim! Biz Ali liderin harada gizləndiyini dəqiq bilirik. O, asan hədəfdir, amma orada təhlükəsizlikdədir. Çünki onu öldürmək fikrində deyilik. Ən azından hələlik.

Ancaq biz raketlərin mülki şəxslərə və ya Amerika əsgərlərinə atılmasını da istəmirik. Səbrimiz tükənir. Diqqətinizə görə təşəkkür edirik!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31