İrana son zərbəni BU ÖLKƏ vuracaq: Fordo planı ortaya çıxdı - ŞOK FOTO
17:38 Dünyaİsrail və İran arasında qarşılıqlı hücumlar 5-ci gününə girib, bölgədə gərginlik artıb. İranı nüvəsizləşdirmək üçün onunla intensiv təmasda olan ABŞ prezidenti Donald Tramp "İsrailin hücumunda iştirak edəcəyi" iddialarını gücləndirərək G-7 sammitini tələsik tərk edib.
Musavat.com xəbər verir ki, "New York Times" qəzetində çıxan məlumata görə, hücuma baxmayaraq, zərər görməyən Fordo Nüvə Obyektini məhv etmək üçün İsrailin "dəqiq idarə olunan bunker partladan bombalara" ehtiyacı var.
Buna görə də İsrailə ABŞ-nin B-2 bombardmançı təyyarəsindən atılan "Massive Ordnance Penetrator" sisteminə çıxış əldə etməsi üçün Vaşinqtonun dəstəyi lazımdır.
ABŞ ordusu son iki il ərzində Ağ Evin ciddi nəzarəti altında "bunker partladan" bombalarla təlimlər keçirir. Hərbçilər təlimlər keçirdikdən sonra belə qənaətə gəliblər ki, Fordo kimi nüvə obyektini məhv etmək üçün tək bir bomba kifayət etməyəcək. Bundan əlavə, Fordo Nüvə Mexanizminə hücumu amerikalı pilot və ekipaj həyata keçirməlidir.
Diqqətlər Trampın qərarına yönəldiyi bir vaxtda G-7 zirvəsini erkən tərk edən ABŞ prezidenti deyib: "Mən buradan ayrılan kimi bir şey edəcəyik. Amma buradan getməliyəm". Trampın hansı qərarı verəcəyi hələ də bəlli olmasa da, onun açıqlaması "İsrail Fordon Nüvə Obyektlərini ABŞ-yə bombalatdıracaq" kimi şərh edilib.
Qeyd edək ki, "Massive Ordnance Penetrator" bombaları 2004-cü ildə Corc Buş tərəfindən Şimali Koreyanın nüvə obyektlərini vurmaq üçün hazırlanmağa başlanıb və Tramp dövründə ABŞ ordusunun inventarına əlavə edilib. Netanyahu Buş administrasiyası dövründən bəri ABŞ bunkerlərinin istifadəsini tələb edir, lakin hələlik heç bir nəticəsi yoxdur.
Hazırda Netanyahu bu bombalardan Fordon Nüvə Obyektlərinə hücumda istifadə edə bilməsi üçün Trampa təzyiqlərini artırıb. İsrailin keçmiş müdafiə naziri Yoav Gallant deyib ki, hücum "ABŞ və İsrail tərəfindən" həyata keçirilməli idi. İsrail ordusunun sözçüsü də Fordonu zərərsizləşdirmək üçün ABŞ-ın köməyinə ehtiyac duyduqlarını bildirib.
"Biz iranlılara sarsıdıcı zərbə vurduq, lakin son zərbəni ABŞ vuracaq", - sözçü əlavə edib.