Aİ-nin Xarici İşlər Nazirləri İranla Bağlı birgə mövqe sərgilədi- ÖZƏL
15:09 DünyaAvropa İttifaqı: "İran nüvə silahına sahib olmamalıdır"
Olaylar.az xəbər verir ki, Avropa İttifaqının xarici işlər nazirləri İran və İsrail arasında artan gərginlik fonunda təcili videokonfrans keçiriblər. Aİ-nin diplomatik xidmətinin rəhbəri Kaya Kallas bildirib ki, nazirlər yekdilliklə İranın nüvə silahına sahib olmaması ilə bağlı ortaq mövqe qəbul ediblər.
"İran nüvə silahına sahib olmamalıdır. Biz gərginliyin azaldılmasına və diplomatik səylərə çağırış edirik," - deyə Kallas vurğulayıb.
Kallas əlavə edib ki, Aİ nazirləri neft bazarında sabitliyin qorunması üçün əməkdaşlığı gücləndirməyə razılaşıblar. Həmçinin bölgədəki münaqişə səbəbilə Avropa vətəndaşlarının təxliyəsi üçün birgə koordinasiya işləri aparılır.
Bu qərar, Yaxın Şərqdəki gərginliyin genişmiqyaslı silahlı münaqişəyə çevrilməsinin qarşısını almağa yönəlik beynəlxalq səylərin bir hissəsi kimi qiymətləndirilir.